Türkiyədə son bir ayda 80 terrorçu zərərsizləşdirilib

Türkiyədə son bir ayda 80 terrorçu zərərsizləşdirilib
# 29 noyabr 2020 13:54 (UTC +04:00)

Türkiyə Müdafiə Nazirliyi son bir ayda 80 terrorçunun zərərsizləşdirildiyini bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə MN-nin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, bir ay ərzində terrorla mübarizə çərçivəsində 8-i böyük, 26-sı orta dərəcəli olmaqla ümumilikdə 34 əməliyyat həyata keçirilib.

Açıqlamada o da bildirilib ki, FETO terror təşkilatının Türkiyədə 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhdində iştirak edənlərdən bu günə qədər 20 min 564 heyət işindən azad edilib, 3 min 586 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.

Son bir ayda qanunsuz sərhəd keçən 35-i FETO mənsubu olan 6 min 863 nəfərin isə saxlandığı açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR