ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır - FOTO - YENİLƏNİB

ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır - FOTO - YENİLƏNİB
# 29 noyabr 2020 15:20 (UTC +04:00)

Xəbərə fotolar əlavə olunub.

Saat 13:36

"Tərtər Suqovuşan yolunun yenidən qurulması üçün, əraziləri minaladan və partlamamış silah sursatdan təmizlənməsi üçün əməliyyat axtarış tədbirləri davam etdirilir".

APA bildirir ki, bunu ANAMA-nın Operativ Qərərgahın rəisi İdris İsmayılov söyləyib.

İdris İsmayılov bildirib ki, artıq burda 10 gündür təmizləmə işi 3 istiqamətdə əllə, mexaniki maşınlarla və minaaxtaran vasitəsilə həyata keçirilir:

"Bu günə kimi 169 ədəd mina və partlamamış hərbi sursat tank əleyhinə və piyada əleyhinə minalar aşkar olunaraq zərərsizləşdirilib. 10 km yoldan artıq 8 km -i təmizlənib. Son 3-4 gün ərzində isə yerdə qalan hissəsi təmizlənib istifadəyə veriləcək. Ümumiyyətlə, 27 sentyabr tarixindən əməliyyat axtarış tədbirləri nəticəsində 750 ədəd partlamamış hərbi sursat, 4500 ədəd piyada əleyhinə mina və 2000-ə yaxın tank əleyhinə mina aşkar edilərək götürülüb. Hazırda partlamamış silah sursatla çirklənmiş ərazilərdə axtarış davam etdirilir. Ümumi ərazilərin və yaşayış məntəqələrin təmizlənməsi 3-5 ilə tam olaraq bu işlərin başa çatdırılması isə 10 il müddətində başa çatdırılması nəzərdə tutulur. 10 il dedikdə bu insanların əraziyə qayıtması deyil, bütün mina problemlərindən tam olaraq azad olunma, ucqar dağlıq ərazilərdə, əkin otlaq sahələrində bunların hamısının təmizlənməsi 10 il müddətində nəzərdə tutulur. İnsanların qayıdışı isə daha tez müddətdə nəzərdə tutulur".

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR