Azərbaycan Ordusunun şəhid olan əsgəri Gəncədə dəfn olunub - FOTO

Azərbaycan Ordusunun şəhid olan əsgəri Gəncədə  dəfn olunub - FOTO
# 18 mart 2021 14:56 (UTC +04:00)

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan əsgəri bu gün Gəncədə dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olan, 1998-ci il təvəllüdü Məmmədov Vüsal Elşən oğlunun nəşi yaşadığı evə gətirilib. Şəhidlə evdə vida mərasimi keçirilib. Daha sonra V. Məmmədov Gəncə Şəhidlər Xiyabanına torpağa tapşırılıb.

Dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR