Diplomatik korpusun nümayəndələri işğaldan azad olunmuş Ağdamda səfərdədir

Diplomatik korpusun nümayəndələri işğaldan azad olunmuş Ağdamda səfərdədir
# 28 noyabr 2020 16:25 (UTC +04:00)

Diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri işğaldan azad olunmuş Ağdamda səfərdədir.

APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, səfərin təşkilində məqsəd Ağdamda Ermənistan törədilmiş vəhşiliyi, vandalizmi beynəlxalq təşkilatların diqqətinə çatdırmaqdır.

“Bu səfərdə diplomatik korpusun nümayəndələri, Ağdamın “Qarabağ” futbol klubunun üzvləri iştirak edir. Qeyd edim ki, “Qarabağ” uzun illər məcburi köçkün klubu kimi fəaliyyət göstərib”, - deyə o vurğulayıb.

Prezidentin köməkçisi deyib ki, səfər zamanı həmçinin fransalı fotoqrafın sərgisinə baxış keçirilib: “Fransalı fotoqraf 1992-ci ildə Xocalı soyqırımı zamanı burda olub, həmin illərdə o, Ağdam məscidinin qarşısında öz yaxınlarını axtaran insanların şəklini çəkib. Müqayisəli şəkildə biz o şəkilləri diplomatik korpusun diqqətinə çatdıracağıq. Futbol klubu həmçinin simvolik futbol oynayacaq”.

H. Hacıyev qeyd edib ki, uzun illər ermənilərin törətdiyi bu vəhşiliyi dünya ictimaiyyətinə çatdırmaq mümkün olmayıb: “Artıq bu torpaqlar Azərbaycanın nəzarətindədir, onlar hər şeyi real olaraq öz gözləri ilə görürlər. Burada izah verməyə ehtiyac yoxdur. Çünki ermənilərin ağdamlılara qarşı törətdiyi etnik təmizləmə göz qabağındadır. Ağdamlılara qarşı törədilmiş etnik təmizləmə əgər beynəlxalq hüquqa əsasən genosid adlandırılırsa, şəhərə qarşı törədilmiş vəhşilik isə “urbicide” adlandırıla bilər. Bu, 1963-cü ildən bəri beynəlxalq münasibətlərdə şəhərlərə qarşı vəhşiliyi xarakterizə edən bir termindir. Bu gün Ağdam şəhəri, eyni zamanda Azərbaycanın Füzuli şəhəri “urbicide”nin bariz bir nümunələridir”.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR