Minatəmizləmə Agentliyi: İndiyədək 37400 kv.m ərazi yoxlanılıb - VİDEO

Minatəmizləmə Agentliyi: İndiyədək 37400 kv.m ərazi yoxlanılıb - VİDEO
# 13 mart 2021 13:34 (UTC +04:00)

Ağdam rayonuna səfər edən media rəhbərləri və sosial media aktivistləri rayonun Baş Qərvənd kəndində Azərbaycan Minatəmizləmə Agentliyinin gördüyü işlərlə tanış olublar.

APA-nın məlumatına görə, Minatəmizləmə Agentliyinin qərargah rəisi İdris İsmayılov görülən işlərlə bağlı səfər edənlərə məlumat verib.

İ. İsmayılov bildirib ki, Agentlik tərəfindən 1 aydan artıq vaxt ərzində minatəmizləmə əməliyyatlarına başlayıb: “Hazırda Bərdə-Ağdam dəmiryolu xəttindəyik. Uzunluğu 25 km, eni isə 40 metrdir. Bu günə kimi 2 km-ə yaxın, ümumi götürsək, 37400 kv. metr ərazi yoxlanılıb. Aparılmış əməliyyat axtarış tədbirləri zamanı 35 ədəd tank əleyhinə mina, 41 ədəd piyada əleyhinə mina, və 2 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb. Əməliyyat axtarış tədbirlərimiz hazırda da davam edir. Bu günə kimi ərazidən 2 xətt boyunca piyada əleyhinə mina, 1 xətt boyunca tank əleyhinə mina aşkar edilib. Ərazi partlamamış hərbi sursatlar və minalarla çirklənmiş ərazidir. Əvvəlki təmas xəttidir. Bu gün də aparılan əməliyyat zamanı 3 ədəd piyada əleyhinə, 1 ədəd tank əleyhinə mina aşkar edilib. Həmin tapıntıların ərazidə partlayış yolu ilə zərərsizləşdirilməsi həyata keçiriləcək”.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR