AŞPA-da erməni hərbi əsirlərlə bağlı məsələnin müzakirəsinə dair təklif rədd edilib

AŞPA-da erməni hərbi əsirlərlə bağlı məsələnin müzakirəsinə dair təklif rədd edilib
# 25 yanvar 2021 17:02 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) erməni hərbi əsirlərlə bağlı məsələnin müzakirəsinə dair təklif rədd edilib.

APA-nın Avropa bürosunun xəbərinə görə, bu gün AŞPA-da erməni deputatlar “Erməni hərbi əsirlərin və digər əsirlərin vətənə qaytarılmasının Azərbaycan hakimiyyət orqanları tərəfindən əsassız təxirə salınması” məsələsinin qış sessiyasında müzakirə edilməsini təklif ediblər.

Ancaq erməni deputatların təklifi rədd edilib.

Qeyd edək ki, qış sessiyası çərçivəsində təklif edilən debat mövzulardan yalnız ikisi qəbul olunub. Bunlar Aleksey Navalnının 2021-ci ilin yanvarında həbsi və böyük texnologiya şirkətləri tərəfindən təhdid altında olan ifadə azadlığı mövzularıdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR