İranlı deputat Ermənistan ordusunun Gəncəyə raket zərbələri endirməsini pisləyib

İranlı deputat Ermənistan ordusunun Gəncəyə raket zərbələri endirməsini pisləyib
# 21 oktyabr 2020 13:46 (UTC +04:00)

İran parlamentinin ictimai komissiyasının sədr müavini Vəli İsmailzadə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri endirməsini pisləyib.

APA-nın Tehran bürosunun məlumatına görə, V. İsmailzadə dünya ictimaiyyətinin Ermənistanın hərbi cinayətləri qarşısında susmasına təəssüfləndiyini bildirib.

“Ermənistanın müsəlman Azərbaycanın Gəncə şəhərinə vəhşicəsinə hücumunu və orada dinc sakinlərin, o cümlədən uşaqların öldürülməsini pisləyirəm”, - deyə V. İsmailzadə qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR