Sabiq həmsədr ATƏT-in Minsk Qrupunun bundan sonra nə edə biləcəyini açıqlayıb

Sabiq həmsədr ATƏT-in Minsk Qrupunun bundan sonra nə edə biləcəyini açıqlayıb
# 13 aprel 2021 16:03 (UTC +04:00)

“ATƏT-in Minsk Qrupunun missiyası olmalıdır. Bu gün Prezident Əliyev də təklif etdi ki, Minsk Qrupu nə edə biləcəyi ilə bağlı təkliflər verməlidir. Onlar müharibədən sonrakı mərhələyə necə kömək edə bilərlər?”

APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza deyib.

Onun sözlərinə görə, Azərbaycanın perspektivindən baxdıqda, ATƏT-in Minsk Qrupu münaqişənin həlli yolunu tapmaq üçün formalaşmışdı, artıq münaqişə həll olunub, belə olan halda Minsk Qrupu nəsə başqa bir şey etməlidir.

Sabiq həmsədr düşünür ki, əslində, Minsk Qrupunun edəcəyi çox şey var: “Məsələn, Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası, noyabrın 9-da qəbul olunan üçtərəfli bəyanatın aspektlərinin həyata keçirilməsi və Prezident Əliyevin də qeyd etdiyi kimi, bəlkə də gələcəkdə sülhlə bağlı danışıqlara yardım etmək məsələləri. Ümumilikdə Ermənistan və Azərbaycan arasında sülh bağlanmasından söhbət gedir. Minsk Qrupu bunlarla bağlı işləyə bilər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR