Strasburqun Kleber meydanında Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib

Strasburqun Kleber meydanında Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib
# 02 mart 2021 12:41 (UTC +04:00)

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyevanın təşkilatçılığı ilə Strasburq şəhərində "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, şəhərin Kleber meydanında baş tutan aksiyada ölkənin Qərb bölgəsində fəaliyyət göstərən azərbaycanlı icması iştirak edib. Aksiya zamanı meydanda Xocalıda həlak olanlar barədə məlumatın əks olunduğu banner qoyulub, şamlar vasitəsilə "Xocalı – 613" sözü qurulub.

Əllərində "Xocalıya ədalət!" yazılmış plakatlar tutmuş və Azərbaycan bayrağına bürünmüş gənclər Xocalı soyqırımı barədə fransız dilində hazırlanmış broşurları yerli sakinlərə paylayıblar. Plakatlarda Xocalı soyqırımı barədə ətraflı məlumat almaq üçün "justiceforkhojaly.org" saytının adı və sayta keçid üçün QR-kodu da göstərilib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR