“Bakcell Arena”da işıqlar sönüb, oyun yarımçıq saxlanılıb - YENİLƏNİB

“Bakcell Arena”da işıqlar sönüb, oyun yarımçıq saxlanılıb - YENİLƏNİB
# 03 mart 2021 19:06 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının XVIII turunun “Neftçi” – “Sabah” oyunu 10 dəqiqəlik fasilədən sonra bərpa olunub.

Apasport.az saytının məlumatına görə, stadiondakı işıqların sönməsi səbəbindən dayandırılan matç problem həllini tapdıqdan sonra davam etdirilib.

Bu üzdən də ilk yarıya 10 dəqiqə əlavə olunub.

Qeyd edək ki, 27-ci dəqiqədə işıq sönərkən hesab 0:0 olub.

***

18.50

Azərbaycan Premyer Liqasının XVIII turunda xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, “Neftçi” – “Sabah” oyunu yarımçıq dayandırılıb.

Buna stadiondakı işıqların sönməsi səbəb olub. “Bakcell Arena”dakı görüş hesab 0:0 olarkən 27-ci dəqiqədə saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR