Çempionlar Liqasında yeni mövsüm başlayıb

Çempionlar Liqasında yeni mövsüm başlayıb
# 08 avqust 2020 23:36 (UTC +04:00)

Çempionlar Liqasında 2020/21 mövsümü start götürüb.

Apasport.az saytının məlumatına görə, İsveçrədə keçirilən ilkin mərhələdə yarımfinal matçları baş tutub.

Öncə “Tre Fiori” və “Linfild” üz-üzə gəlib. Şimali irlandiyalılar rəqibin müqavimətini yalnız ikinci hissədə qırıb. Bastian Heri 2020/21 mövsümündə avrokubokların ilk qolunun müəllifi olub.

Digər matçda “Drita” “İnter”i sınağa çəkib. Kosovolular qələbə sayəsində finala yüksəlib.

Beləliklə, sabah keçiriləcək I təsnifat mərhələsində “Drita” - “Linfild” cütü ilkin mərhələni təmsil edəcək. Bu komandalar arasında görüş isə avqustun 11-də təşkil olunacaq.

Məğlub olan “Tre Fiori” və “İnter” Avropa Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq.

Çempionlar Liqası
İlkin mərhələ
Yarımfinal
8 avqust
17:00. “Tre Fiori” (San Marino) – “Linfild” (Şimali İrlandiya) – 0:2

Heri, 71, Manzinqa, 83
20:00. “Drita” (Kosovo) – “İnter” (Andorra) – 2:1
Şabani, 21, Namani, 45 – Qarsia, 29

Final
11 avqust

20:00. “Drita” (Kosovo) – “Linfild” (Şimali İrlandiya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR