İdman Arbitraj Məhkəməsi “Qalatasaray”ın istəyini təmin edib

İdman Arbitraj Məhkəməsi “Qalatasaray”ın istəyini təmin edib
# 25 fevral 2021 22:09 (UTC +04:00)

İdman Arbitraj Məhkəməsi (CAS) Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu Nordin Amrabatın İspaniya “Malaqa”sına keçidi ilə bağlı müraciətinə baxıb.

Apasport.az saytının məlumatına görə, qurum 2014-cü ilin avqustunda gerçəkləşən transferlə bağlı İstanbul təmsilçisinin istəyini təmin edib.

CAS həmin vaxt “Nasr Bin Abdullah & Sons” şirkəti tərəfindən təşkil olunan matç üçün “Qalatasaray”a çatmalı olan 500 min avronun ödənilməsi barədə qərar çıxarıb. Həmin vəsaiti ala bilməyən Türkiyə təmsilçisi 2019-cu ilin oktyabrında quruma şikayət etmişdi ki, ilk yarıma yaxın sürən araşdırmalar başa çatıb. CAS-ın verdiyi qərara əsasən yarım milyonluq məbləği ödəmə gününə qədər olan müddət üçün 5 faiz də verilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR