Maradonanın sabiq komanda yoldaşı: “Dieqo antiqəhrəman olub”

Maradonanın sabiq komanda yoldaşı: “Dieqo antiqəhrəman olub”
# 30 noyabr 2020 17:48 (UTC +04:00)

“Hamımız baş verənlərdən çox kədərlənirik. Əminəm ki, Dieqo sakit getdi”.

Apasport.az saytının məlumatına görə, bunu Dieqo Maradona ilə birlikdə “Napoli”də çıxış etmiş sabiq müdafiəçi Çiro Ferrara deyib.

53 yaşlı mütəxəssis bu yaxınlarda vəfat edən əfsanəvi argentinalını qəhrəman hesab etmədiyini söyləyib: “Dieqo ilə birlikdə böyüdüm, onunla bağlı unudulmaz xatirələrim var. Mənim dostum idi və onu həmişə qorudum. Səhvlərinin qarşılığını ödədi. Dieqonun qəhrəman olduğu deyilir, ancaq hesab edirəm ki, qəhrəmanlar mükəmməl və səhvsiz olur. O, antiqəhrəman olub. Zəif cəhətlərinə baxmayaraq, tarixin ən yaxşısı idi. Dieqo çılğın idi. Bu baxımdan Antonio Kassanonun oxşarlığı var”.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də evində ürəktutmasından vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR