Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası rəsmiləşib

Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası rəsmiləşib
# 30 noyabr 2020 11:01 (UTC +04:00)

Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası reallaşıb.

Apasport.az saytının məlumatına görə, “Ərzurum BB” Mehmet Özdileklə yollarını ayırıb.

Super Liqanın X turunda “Antalyaspor”la heç-heçədən (2:2) sonra rəhbərlik 54 yaşlı mütəxəssisi istefaya göndərmək qərarına gəlib. Onu kimin əvəz edəcəyi hələlik qeyri-müəyyəndir.

Qeyd edək ki, 9 oyunda 9 xal toplayan “Ərzurum BB” turnir cədvəlinin 17-ci pilləsində yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR