Bakıda avtomobilin vurduğu piyada ölüb

Bakıda avtomobilin vurduğu piyada ölüb
# 23 sentyabr 2020 11:25 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, sentyabrın 22-də saat 22 radələrində Sabunçu rayonunun Heydər Əliyev prospektində Bakı şəhər sakini Y.Səmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 18-20 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sabunçu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR