Bakıda qətl törədən şəxs həbs olunub

Bakıda qətl törədən şəxs həbs olunub
# 01 dekabr 2020 15:14 (UTC +04:00)

Xəbər verildiyi kimi, noyabrın 26-da Yasamal rayonu ərazisində Əli Əliyevin qəsdən öldürülməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində 28.11.2020-ci il tarixdə cinayəti törətməkdə şübhəli bilinən şəxs Abdullayev Həsənağa Fazil oğlu tutulmuş, 30.11.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR