Bərdədə iki nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Bərdədə iki nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
# 01 mart 2021 10:01 (UTC +04:00)

Bərdədə 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması nəticələnən yol-nəqliyyat hadisəsi faktı ilə bağlı cinayət işi başlanıb.

APA-nın xəbərinə görə, faktla bağlı Bərdə rayon Polis İdarəsindən Cinayət Məcəlləsinin 263.3-cü (yol-istismar qaydasının pozulması, iki və daha şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, qəza ötən gecə rayonunun Samux kəndi ərazisində baş verib.

Bərdə istiqamətdə hərəkətdə olan "VAZ 2106" markalı avtomaşın "Great Wall" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə "VAZ 2106" markalı avtomobildə olan Dəymədağlı kənd sakini Hüseynov Rəmzi Ələddin oğlu və Şirvanlı kənd sakini Quliyev Elgiz Səxavət oğlu ölüb, "Great Wall" markalı digər minik avtomobilində olan 1993-cü il təvəllüdlü Əhmədli Əhliman Kamal oğlu, 1993-cü il təvəllüdlü Əhmədli Ayşən Rafiq qızı və 2016-cı il təvəllüdlü Əhmədli Şəlalə Əhliman qızı xəsarət alıb.

Məlumata görə, hər üç yaralı bir ailənin üzvləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR