Saatlıda baş verən ağır qəzada yaralananların adı bəlli olub - YENİLƏNİB

Saatlıda baş verən ağır qəzada yaralananların adı bəlli olub - YENİLƏNİB
# 25 aprel 2021 13:45 (UTC +04:00)

Saatlı rayonunda baş verən ağır qəzada yaralananların adı bəlli olub.

Qəza zamanı nisbətən ağır olan və sınıq xəsarətliər alan Dədə Qorqud kənd sakinləri, minik avtomobilinin sürücüsü 1978-ci il təvəllüdlü Ağayev Natiq Novruzəli oğlu, sərnişinlər - 2003-cü il təvəllüdlü Ağayeva Mədinə Natiq qızı və 1963-cü il təvəllüdlü Quliyeva Hicran Xanbala qızı Şirvan şəhər mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Saat 12:45

Saatlıda minik maşını traktorla toqquşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Dədə Qorqud kəndində qeydə alınıb.

VAZ 2107 markalı avtomobil yolda hərəkətdə olan traktorla toqquşub. Nəticədə minik avtomobilində olan 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan və Saatlı xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR