FHN-in kapitanı Ağdamda mina partlaması nəticəsində xəsarət alıb - YENİLƏNİB - VİDEO

FHN-in kapitanı Ağdamda mina partlaması nəticəsində xəsarət alıb - YENİLƏNİB  - VİDEO
# 13 may 2022 12:34 (UTC +04:00)

Bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi, kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Məlumata görə, təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi tibbi yardım göstərilir.

***

12.19

İşğaldan azad olunan ərazidə mina partlaması nəticəsində daha bir nəfər xəsarət alıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın Baş Qərvənd kəndi ərazisində baş verib. Məlumata görə, mina partlaması nəticəsində xəsarət alan şəxs Fövqəladə Hallar Nazirliyinin ərazidə minatəmizləmə fəaliyyəti ilə məşğul olan əməkdaşıdır. Kapitan Süleyman Heydərovun qolundan ağır xəsarət alaraq hospitala yerləşdirildiyi bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva APA-nın sorğusuna cavab olaraq bildirib ki, FHN-in kapitanı Süleyman Heydərovun rayonun Baş Qərvənd kəndi ərazisində xidməti fəaliyyəti zamanı minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.

Habil Aslanoğlu

Səlcuq Elçin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR