Azərbaycan Ordusunun leytenantı: "Bölmənin bütün şəxsi heyəti yüksək döyüş ruhuna malikdir"

Azərbaycan Ordusunun leytenantı: "Bölmənin bütün şəxsi heyəti yüksək döyüş ruhuna  malikdir"
# 25 oktyabr 2020 13:10 (UTC +04:00)

"Leytenant Atayev Şamxal Cəliloğlu, mən fəxr edirəm ki, torpaqlarımızın azad edilməsində iştirak edirəm".

APA-nın məlumatına görə, bunu leytenant Müdafiə Nazirliyinin yaydığı videomüraciətdə deyib. O bildirib ki, bölmənin bütün şəxsi heyəti yüksək döyüş ruhuna malikdir:

"Bölməmiz tərəfindən düşmənin zirehli texnikaları, canlı qüvvəsi və uzunmüddətli mühəndis tikililəri məhv edilmişdir. Ali Baş Komandanın dediyi kimi, Qarabağ Azərbaycandır!", - deyə leytenant vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR