Azərbaycanın Vətən müharibəsində 5 ay əvvəl şəhid olan əsgəri dəfn edilib - FOTO

Azərbaycanın Vətən müharibəsində 5 ay əvvəl şəhid olan əsgəri dəfn edilib - FOTO
# 21 aprel 2021 12:48 (UTC +04:00)

Vətən müharibəsində 5 ay əvvəl Şuşanın Daşaltı kəndində şəhid olan Hacıqabul rayonu Muğan qəsəbə sakini, 2000-ci il təvəllüdlü Kərimli Qalası Müslüm oğlu bu gün dəfn edilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, şəhid kənd qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid əsgər Qalası Kərimli ötən il noyabrın 2-də Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. 5 ay axtarışlardan sonra onun nəşi Şuşanın Daşaltı kəndində tapılaraq yaxınlarına verilib.

Qalası Kərimli Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR