Britaniya səfiri Minatəmizləmə Agentliyinin sədri ilə görüşüb

Britaniya səfiri Minatəmizləmə Agentliyinin sədri ilə görüşüb
# 17 fevral 2021 18:44 (UTC +04:00)

Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanovla görüşüb.

APA-nın məlumatına görə, bu barədə səfir "Twitter" hesabında yazıb.

“Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanovla yaxşı bir görüş keçirdik. Mina haqqında məlumatlandırma və minalardan təmizləmə proqramına Böyük Britaniyanın dəstəyini müzakirə etdik”, - deyə səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR