Mədət Quliyev Türkiyənin Kosmik Agentliyinin nümayəndə heyətini qəbul edib

Mədət Quliyev Türkiyənin Kosmik Agentliyinin nümayəndə heyətini qəbul edib
# 17 fevral 2021 17:05 (UTC +04:00)

Müdafiə sənayesi naziri Mədət Quliyev bu gün Türkiyə Respublikası Kosmik Agentliyinin Prezidenti Serdar Yıldırım Hüseynin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.

Mədət Quliyev qonaqların diqqətinə çatdırıb ki, MSN Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb.

Nazir Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb, qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Məqsədi iki ölkənin kosmik tədqiqatları haqqında məlumat mübadiləsi, o cümlədən qarşılıqlı əlaqələrin qurulmasından ibarət olan görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri haqqında geniş müzakirələr aparılıb.

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR