Arif Quliyevin səhhəti nisbətən stabilləşib

Arif Quliyevin səhhəti nisbətən stabilləşib
# 27 aprel 2021 09:38 (UTC +04:00)

Xalq artisti Arif Quliyevin səhhəti əvvəlki günə nisbətən stabil olub.

Bu barədə APA-ya aktyorun oğlu Rövşən Quliyev məlumat verib.

O, atasının səhhətinin nisbətən normallaşdığını deyib: "Hələ süni tənəffüs cihazına qoşulu vəziyyətdə olsa da, dünən gecə səhhətində irəliləyiş olub. Açığı, biz çox qorxurduq, lakin şükür Allaha, səhhətində nisbətən irəliləyiş baş verib".

Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika" ya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR