Fransız aktyor İv Ranye ölüb

Fransız aktyor İv Ranye ölüb
# 24 aprel 2021 19:22 (UTC +04:00)

Fransız aktyor və rejissor İv Ranye (Yves Ragnier) 79 yaşında ürək tutmasından vəfat edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə LCI telekanalı bildirib.

Məlumata görə, aktyor cümə günündən şənbə gününə keçən gecə Nöyi-sür-Sendəki (Parisin ətrafı) evində ölüb.

Ranyeyə ən böyük populyarlığı hazırda Fransada 8 mövsümü olan eyniadlı serialda Komissar Mulen (Moulin) rolu qazandırıb.

O həmçinin "Qraf Monte Kristo" ("Le Comte De Monte Cristo", 1961-ci il, rejissor Klod Otan-Lara), "Çılğın" ("Frantic", 1988-ci il, rejissor Roman Polanski), "Təşəkkür edirəm, həyat" ("Merci La Vie", 1991-ci il, rejissor Bertran Bliye) kimi məşhur filmlərdə kiçik rollar da ifa edib.

Ümumilikdə, Ranye 50-dən çox filmdə və serialda çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR