Azərbaycanda avtobus və taksidən istifadə edənlərin sayı kəskin azalıb

Azərbaycanda avtobus və taksidən istifadə edənlərin sayı kəskin azalıb
# 22 yanvar 2021 14:23 (UTC +04:00)

Azərbaycanda ötən il avtobuslarla 1 055 266,9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ildə avtobus nəqliyyatı ilə 1 741 364,5 min sərnişin daşınıb.

Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 37,5% azdır. 2019-cu ildə taksi xidmətlərindən 71 893,5 min nəfər istifadə edib.

Qeyd edək ki, ötən il Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 100,2 mln. sərnişin daşınıb, bu isə 39,3%-lik azalma deməkdir.

Azalma koronavirus pandemiyasına görə aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR