BNA avtobus sürücülərinə nəzarəti gücləndirir

BNA avtobus sürücülərinə nəzarəti gücləndirir
# 06 aprel 2021 12:15 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi (BNA) marşrut avtobuslarına bir mərkəzdən idarə etmək məqsədilə mərkəzləşdirilmiş vahid dispetçer mərkəzi yaradır.

"APA-Economics"in məlumatına görə, bunu "Baku Transit Forum 2021 Smart City" beynəlxalq tədbirdə çıxış edən BNA-nın Sərnişindaşıma şöbəsinin müdiri Vüqar Məmmədzadə deyib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə zəruri proqram təminatı hazırlanıb və onun vasitəsilə avtobusların bir qismi günün 24 saatı ərzində real vaxt rejimində izlənilir.

"Bu sistem üzərindən avtobusların sürət həddinə, eyni zamanda digər qayda pozuntularına nəzarət həyata keçirilir. Əldə olunan statistik məlumatlar vahid mərkəzdə toplanılır və bunun əsasında BNA digər tənzimləmə işlərini həyata keçirir", - deyə V. Məmmədzadə qeyd edib.

Agentliyin rəsmisi əlavə edib ki, hazırda Bakı şəhəri üzrə 2 mindən çox avtobus təqribən 165 marşrut xətti üzrə fəaliyyət göstərir. Avtobusların təxminən 1,3 mini kart sistemi ilə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR