İran-Azərbaycan sərhədində dəmiryol terminalının inşasına başlanılır

İran-Azərbaycan sərhədində dəmiryol terminalının inşasına başlanılır
# 25 yanvar 2021 11:36 (UTC +04:00)

Tezliklə Azərbaycanla sərhəddə yerləşən Ərdəbil vilayətinin Parsabad rayonunda dəmiryol terminalının inşası başlayacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.

O bildirib ki, dəmiryol terminalının inşası ilə əlaqədar Tehranda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında müqavilə imzalanıb.

O əlavə edib ki, Ərdəbil-Parsabad dəmir yolunun ilk 25 kilometrinin xəritəsi hazırlanıb və araşdırmalar aparılıb: “Azərbaycanın dəmir yolunun 10 kilometri yenilənəcək və 5 km uzunluğunda yeni dəmiryol xətti çəkiləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR