Metropoliten qatarlarının hərəkətini təmin edən kontakt şəbəkəsi yenidən qurulur

Metropoliten qatarlarının hərəkətini təmin edən kontakt şəbəkəsi yenidən qurulur
# 12 aprel 2021 15:11 (UTC +04:00)

Bakı metrosunun “Nərimanov” elektrik deposunda qatarların baxış-təmir sahələrində daha bir texniki yenilik tətbiq edilir.

“Bakı metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, belə ki, qanovlarda qatarların hərəkətini təmin edən 825 V-luq kontakt şəbəkəsi yenidən qurulur.

Layihə İtaliyanın “Ropla” şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Hazırda 10 qanovda yüksək gərginlik şəbəkəsinin bütün avadanlıqları, idarəetmə dolabları quraşdırılıb və sistem istifadəyə verilib. Daha 7 qanovda işlərin aparılması üçün hazırlıq tədbirləri davam etdirilir və bu, qanovların əsaslı təmiri prosesi ilə paralel aparılır.

Bütün qanovlarda yeni sistem eyni mərkəzdən idarə olunacaq. İdarəetmə mərkəzində iş başında olan operator otağı tərk etmədən qatarların istənilən baxış-təmir qanovuna gərginliyin verilib-çıxarılmasını avtomatik yerinə yetirə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR