"Nar" onlayn təhsil üçün "TƏHSİL+" internet paketini təklif edir

"Nar" onlayn təhsil üçün "TƏHSİL+" internet paketini təklif edir
# 09 aprel 2021 14:25 (UTC +04:00)

Təhsilini onlayn qaydada davam etdirən tələbə, şagird və müəllimlər “Nar”ın təqdim etdiyi sərfəli “TƏHSİL+” internet paketindən yararlana bilərlər.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, internet paketi “Microsoft Teams” və “Zoom” kimi platformaları bir paketdə birləşdirməklə istənilən məkanda onlayn təhsilə imkan yaradır. Abunəçilər heç bir sürət limiti olmadan, istər tətbiq, istərsə də veb-brauzer üzərindən hər iki tətbiqdən istifadə edə bilərlər.

Qeyd edək ki, paket abunəçilərə cəmi 10 manat ödəməklə sürət limiti olmayan 50GB təqdim edir. Sərfəli internet paketindən yararlanmaq üçün abunəçilər *777#21# kodunu yığa və ya 777 nömrəsinə “T+” açar sözünü göndərərək paketi aktivləşdirə bilərlər. Qeyd edək ki, “TƏHSİL+” internet paketini “hotspot” funksiyası vasitəsilə paylaşmaq mümkündür. “TƏHSİL+” internet paketi haqqında ətraflı məlumat http://www.nar.az/tehsil-plus/ səhifəsindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR