Qlobal elektromobil bumu kobaltı kəskin bahalaşdırıb

Qlobal elektromobil bumu kobaltı kəskin bahalaşdırıb
# 25 yanvar 2021 09:53 (UTC +04:00)

Bu ilin əvvəlindən bəri kobaltın dünya qiymətləri 20%-dən çox artıb. Hazırda London birjasında kobaltın 1 tonu 39,6 min ABŞ dollarına ticarət olunur.

"APA-Economics"in "Rusiya 24"ə istinadən verdiyi məlumata görə, bu, ekoloji nəqliyyata artan tələbatla əlaqədardır ki, sözügedən metal batareyaların istehsalı zamanı istifadə olunur. Hazırda dünyada əsl elektromobillər bumu yaşanır.

Bu sahəyə yüksək texnoloji şirkətlər də daxil olmaqla getdikcə daha çox şirkət külli vəsait yatırır. Avtomobil sənayesinin nümayəndələri ilə birgə müəssisələr yaradılır və yeni nəqliyyat növləri birlikdə inkişaf etdirilir. Lakin bu bazarın infrastruktura da ehtiyacı var. Bu səbəbdən metallara, o cümlədən kobalta tələbat sürətlə artır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR