Rusiyanın dəmir yolu poliqonundan Azərbaycana yükdaşımalar azalıb

Rusiyanın dəmir yolu poliqonundan Azərbaycana yükdaşımalar azalıb
# 28 sentyabr 2020 12:52 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Rusiyanın Oktyabrsk dəmir yolu poliqonundan yükləmələrin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2% artaraq 8,2 mln. tonu üstələyib.

"APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, hesabat dövründə yük dövriyyəsi 8% artaraq 15 mlrd. ton-km təşkil edib. Ən çox artım dəmir filizinin (3% – 5,1 mln. tonadək), inşaat yüklərinin (52% – 1,5 mln. tonadək) və qara metal qırıntılarının (34% – 60,7 min tonadək) yükləmələrində qeydə alınıb.

Ölkədaxili yük daşımaları təxminən 3% artaraq 7,9 mln. tona çatıb. Ən populyar istiqamətlər ölkənin Şimal bölgələri, Qərbi Sibir və Moskva vilayəti olub.

Bu dövrdə ixrac trafiki 11% azalaraq 267,5 min ton təşkil edib. Yüklər əsasən Azərbaycan, Qazaxıstan, Belarus, Baltikyanı ölkələrə, həmçinin Şimal-Qərb limanları vasitəsilə uzaq ölkələrə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR