"TURKUAZ" layihəsi çərçivəsində ilk konteyner qatarı Bakıya çatıb

"TURKUAZ" layihəsi çərçivəsində ilk konteyner qatarı Bakıya çatıb
# 14 aprel 2021 15:02 (UTC +04:00)

“TURKUAZ” layihəsi çərçivəsində ilk ekspress konteyner blok qatarı Bakıya çatıb.

“ADY Konteyner” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, test qatarı hər biri 45 futluq olmaqla 21 konteynerdən ibarətdir. Qatarla Türkiyədən ölkəmizə 588 ton yük gətirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin Türkiyə və Gürcüstandan olan tərəfdaşları ilə birgə hazırladığı yeni logistik məhsul – “TURKUAZ” ekspress konteyner qatarı həftədə iki dəfə olmaqla İstanbul (Asiya hissəsindən) və Mersin ətrafından Bakıya və əks istiqamətdə yükdaşımalar həyata keçirəcək.

“TURKUAZ” ekspress blok qatarının səfər müddəti 6 gündən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR