Dünyanın ən məşhur robotları Bakıya gələcək

Dünyanın ən məşhur robotları Bakıya gələcək
# 12 noyabr 2019 16:35 (UTC +04:00)

Bakıda keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində (“Bakutel-2019”) ilk dəfə olaraq “Robopark” təşkil olunacaq.

APA-Economics”in sərgi təşkilatçılarına istinadən verdiyi məlumata görə, “Robopark” çərçivəsində ən yeni və son robot modelləri nümayiş olunacaq. Onların sırasında Las-Veqasdan “Pepper Humanoid” robotu, robot-rəssam, 6 metrlik uçan astronavt və robot pianoçu yer alıb. Həmçinin “Robopark”da müxtəlif sumo, güləş və dron yarışları, kosmo-zona və 20-dən çox digər interaktiv zonalar təşkil olunacaq.

Qeyd edə ki, sərgi 3-6 dekabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR