Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi oktyabrda 13% azalıb

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi oktyabrda 13% azalıb
# 26 noyabr 2020 17:37 (UTC +04:00)

Bu ilin oktyabr ayı ərzində Azərbaycanda dövriyyədə olan kredit kartları ilə 156 mln. manat həcmində əməliyyatlar həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əməliyyatların həcmi əvvəlki ayla müqayisədə 12,8% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,6% artım qeydə alınıb.

Oktyabr ayı ərzində həyata keçirilən ölkədaxili əməliyyatların 42 mln. manatı ATM, 59 mln. manatı POS-terminal vasitəsilə həyata keçirilən, 38 mln. manatı elektron ticarət əməliyyatlarının payına düşüb.

Beləliklə, ölkədaxili əməliyyatların həcmi 157 mln. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 11,5% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,9% çoxdur.

AMB-nin məlumatına əsasən, ölkə xaricində kredit kartları ilə hesabat ayında 17 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 22,7%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 26,1% azalıb.

Qeyd edək ki, bu ilin noyabrın 1-nə ölkədə dövriyyədə ümumi olaraq 1,066 mln. vahid kredit kartı var. Bu illik müqayisədə 40,6%, aylıq müqayisədə isə 0,8% çoxdur. Kredit kartları dövriyyədə olan ödəniş kartlarının ümumi sayında 11,7% paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR