Azərbaycanda problemli kreditlərin həcmi son bir ildə 29%-dək azalıb

Azərbaycanda problemli kreditlərin həcmi son bir ildə 29%-dək azalıb
# 25 sentyabr 2020 16:31 (UTC +04:00)

Bu ilin sentyabr ayının 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 1 065,4 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 3 mln. manat və ya 0,3% artıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 207,6 mln. manat və ya 16,3% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 425,8 mln. manat və ya 28,6% azalma olub.

Qeyd edək ki, sentyabr ayının 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 7,3% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR