BFB-də AMB-nin 150 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 150 mln. manatlıq notları yerləşdirilib
# 30 sentyabr 2020 13:12 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101483S dövlət qeydiyyat nömrəli, 150 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 99,5351 AZN (6,01%) qiyməti olan 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 693 925 500 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5351 AZN (6,01%), orta ölçülmüş qiyməti isə 99,5351 AZN (6,01%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 28 oktyabr 2020-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR