Bakı Şəhər Statistika İdarəsi cari ilin yanvar-iyul ayları üzrə Bakıdakı muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının məbləğini açıqlayıb.
"APA-Economics"in quruma istinadən verdiyi məlumata görə, bu ilin yanvar-iyul aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 15,7% artaraq 948,5 manat təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı üzrə göstərici 959,8 manata bərabər olub.