"Fitch" Böyük Britaniyanın reytinq üzrə proqnozunu "mənfi" saxlayıb

"Fitch" Böyük Britaniyanın reytinq üzrə proqnozunu "mənfi" saxlayıb
# 28 sentyabr 2020 13:10 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq agentliyi Böyük Britaniyanın yerli və xarici valyutada emitentin uzunmüddətli və qısamüddətli defolt reytinqini "AA-" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu isə "mənfi" saxlayıb.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, ölkə reytinqinin tavanı "AAA" səviyyəsində, təmin olunmamış prioritet borc reytinqi isə "AA-" səviyyəsində saxlanılıb.

"Böyük Britaniyanın reytinqləri yüksək gəlir, bir tərəfdən, şaxələndirilmiş və inkişaf etmiş iqtisadiyyat, digər tərəfdən isə yüksək və artan dövlət sektorunun borclanması ilə balanslaşdırılır", - agentlik qeyd edir.

"Fitch" in məlumatına görə, ölkənin dövlət borcu bu il ÜDM-in 111%-ni, 2021-ci ildə isə 118%-ni təşkil edəcək. Bundan əlavə, büdcə kəsirinin ÜDM-ə nisbəti bu il 17,7%-dək artacağı, 2021-ci ildə isə 12%-dək enəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, agentlik Böyük Britaniya iqtisadiyyatının bu il 11,5% azalacağını, 2021-ci ildə isə 4-6% artacağını gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR