İcbari həyat sığortanızı "PAŞA Həyat"a etibar edin

İcbari həyat sığortanızı "PAŞA Həyat"a etibar edin
# 01 mart 2021 11:00 (UTC +04:00)

Son dövrlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icbari həyat sığortasının (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta) əldə edilməməsinə görə cərimələnmə mexanizminə nəzarəti gücləndirməsi istənilən sahədə bu məhsula marağı artıran amil olub. Bu sığorta növü ilə işəgötürənlər özlərinin və işçilərinin həyatını sığortalayır, nəzərdə tutulan sığorta növü olmadıqda isə cərimələr tətbiq olunur.

Nazirlikdən verilən məlumata görə, 2020-ci il ərzində bəzi işəgötürənlərin icbari sığorta müqaviləsi bağlasa da, sığorta haqqını ödəmədiyi, bu səbəbdən sığorta şirkəti tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi müəyyən olunub. Bununla bağlı bağlanılmış müqavilələrin sığorta haqqını ödəməyən işəgötürənlər müvafiq xəbərdarlıq alıblar. Həmçinin onlara icbari sığorta müqaviləsi olmayan işçilərlə bağlı məlumatlar təqdim edilməklə, qanunvericiliyin tələbləri barədə məlumat verilib.

Bu sığorta növü həm vacibdir, həm də bir sıra üstünlüyü var.

Vacibdir ona görə ki, adından da göründüyü kimi icbaridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

Üstünlükləri isə işəgötürən kiçik sığorta haqqı ödəməklə işçilərini sığortalayır, işçinin başına bədbəxt hadisə nəticəsində bir iş gələrsə, sığorta şirkəti işçiyə və ailə üzvlərinə sığorta ödənişini edir. Əlavə olaraq işəgötürən isə kompensasiya ödəmək məsuliyyətindən azad olur.

Bir sözlə bu sığorta hər kəs üçün çox vacibdir.

Bu məhsul haqqında ətraflı məlumatı “PAŞA Həyat Sığorta”ya (012) 942 zəng vuraraq əldə edə və ya rəsmi saytından (pasha-life.az) müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR