Bu ilin II rübündə İsveçrədə ÜDM istehsalı son 40 ilin ən kəskin azalması ilə üzləşib və rekord səviyyədə – 7,3% azalıb.
"APA-Economics"in İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinə (SECO) istinadən verdiyi məlumata görə, 2020-ci ilin II rübündə ölkədə əsasən tələbat və istehlak azalıb. COVID-19 pandemiyası fonunda şəxsi istehlak 8,1%, ölkənin ixracı isə 6,5% azalıb.
Qeyd edək ki, bundan əvvəl iyun ayında SECO İsveçrə iqtisadiyyatının 2020-ci ildə 6,2% azalaraq son 45 ilin antirekordunu təzələyəcəyini proqnozlaşdırırdı.