"SOCAR Polymer" ixracı 43% artırıb

"SOCAR Polymer" ixracı 43% artırıb
# 30 sentyabr 2020 13:08 (UTC +04:00)

"SOCAR Polymer" şirkəti bu ilin yanvar-avqust ayları ərzində 82,1 mln. ABŞ dolları dəyərində məhsul ixrac edib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 43% çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, keçən ilin müvafiq dövründə şirkət 57,4 mln. dollar dəyərində məhsul ixrac edib.

"SOCAR Polymer" şirkəti Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidentidir. 2013-cü ildə formalaşmağa başlayan Sumqayıt Kimya Sənaye Parkı Bakıdan 30 km şimalda yerləşir.

Şirkət biri polipropilen (PP), digəri isə yüksək sıxlıqlı polietilen (YSPE) istehsalı üçün nəzərdə tutulan iki zavod inşa edib. Həmin PP və YSPE zavodlarının istehsal gücü müvafiq olaraq ildə 184 min və 120 min ton təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR