"S&P": Azərbaycanın cari əməliyyatlar hesabı bu il profisitə qayıdacaq

"S&P": Azərbaycanın cari əməliyyatlar hesabı bu il profisitə qayıdacaq
# 23 yanvar 2021 15:08 (UTC +04:00)

"S&P Global Ratings" reytinq agentliyinin yeni proqnozuna əsasən, 2020-ci ilin yekunlarına görə, Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri ÜDM-in 3,7%-ni təşkil edəcəyi gözlənilsə də, 2021-ci ildə kəsir profisitə dəyişəcək və ÜDM-in 0,4%-ni təşkil edəcək.

"APA-Economics"in reytinq agentliyinə istinadən verdiyi məlumata görə, 2022-ci ildə cari əməliyyatlar hesabının profisitinin 2,5%-ə qədər yüksələcəyi, 2023-cü və 2024-cü illərdə isə müvafiq olaraq 4,5% və 4,4%-ni təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan dövlətinin proqnozuna görə, 2021-ci ildə ölkənin cari əməliyyatlar hesabının profisitinin 104,8 mln. ABŞ dolları və ya proqnozlaşdırılan ÜDM-in 0,2%-ni təşkil edəcək. Uzunmüddətli proqnozlara əsasən isə, 2022-ci ildə ölkənin cari əməliyyatlar hesabının profisitinin 8,1 dəfə artaraq 847,9 mln. dollara və ya ÜDM-in 1,8%-nə çatacağı gözlənilir. 2023-cü ildə sözügedən göstəricinin artıq 1,950 mlrd. dollara (ÜDM-in 3,8%-i), 2024-cü ildə isə 2,408 mlrd. dollara (ÜDM-in 4,5%-i) bərabər olacağı güman edilir.

Faktiki göstəricilər gəldikdə, Azərbaycan Mərkəzi Bankının son hesabatına görə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın cari əməliyyatlar hesabının kəsiri 208,3 mln. ABŞ dolları və ya ÜDM-in 0,7%-ni təşkil edib. 2019-cu ildə profisit ÜDM-in 9,1%-nə və ya 4,364 mlrd. dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR