"S&P" gələn il üçün qızılın qiyməti üzrə proqnozunu 21% artırıb

"S&P" gələn il üçün qızılın qiyməti üzrə proqnozunu 21% artırıb
# 25 sentyabr 2020 14:24 (UTC +04:00)

"S&P Global Ratings" agentliyi gələn il üçün qızılın 1 unsiyasının qiyməti üzrə proqnozunu 1 400 ABŞ dollarından 1 700 dollaradək və ya 21,4% artırıb.

"APA-Economics"in reytinq agentliyinə istinadən verdiyi məlumata görə, bu ilin sonuna qədər qızılın 1 unsiyasının orta qiymətinin 1 900 dollar səviyyəsində olacağı gözlənilir. 2022-ci ildə qiymətli metalın gözlənilən qiyməti 1 500 dollar, 2023-cü ildə 1 300 dollardır.

Agentlik qeyd edir ki, qlobal iqtisadiyyatın bərpası və faiz dərəcələrinin artım gözləntiləri qızılın qiymətlərinin aşağı düşməsi ilə nəticələnəcək. Hazırda COMEX-də qızılın bir unsiyasının qiyməti 1 873, 4 dollardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR