Venesuela 1 mln. bolivar nominalında yeni əsginası dövriyyəyə buraxır

Venesuela 1 mln. bolivar nominalında yeni əsginası dövriyyəyə buraxır
# 06 mart 2021 10:55 (UTC +04:00)

Martın 8-dən etibarən Venesuela hökuməti 200 min, 500 min və 1 mln. bolivar nominalında yeni əsginasları dövriyyəyə buraxacaq.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Venesuela Mərkəzi Bankının açıqlamasında deyilir.

"200 min, 500 min və 1 milyon suveren bolivar nominalında olan yeni əsginaslar 8 mart 2021-ci il tarixindən etibarən tədricən dövriyyəyə buraxılmağa başlayacaq", - məlumatda deyilir.

Yeni əsginaslar milli iqtisadiyyatın ehtiyaclarını ödənilməsinə yönəlib.

Xatırladaq ki, Venesuela artıq üç ilə yaxındır ciddi sosial-iqtisadi böhran yaşayır. 2018-ci ilin sonunda ölkədə inflyasiya 1 700 000%, 2019-cu ildə isə 9 585%-dən çox təşkil edib.

İqtisadiyyatın gücləndirilməsi tədbirlərindən biri olaraq, ölkə rəhbərliyi yeni bir valyuta – suveren bolivarı dövriyyəyə buraxıb. Bununla belə, onun məzənnəsi də kəskin şəkildə enib: hazırda 1 ABŞ dolları 1,8 mln. bolivara bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR