Dağıstanda həbsxanadan qaçan 6 məhkum saxlanılıb

Dağıstanda həbsxanadan qaçan 6 məhkum saxlanılıb
# 30 sentyabr 2020 14:09 (UTC +04:00)

Dağıstanda cəzaçəkmə müəssisəsindən qaçan 6 məhkum saxlanılıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Cəzaların İcrası Federal Xidməti məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 23-də məhkumlar Şamxal qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsindən tunel qazaraq gecə saatlarında qaçıblar. Məhkumlardan biri Tacikistan vətəndaşı, yerdə qalanlar Dağıstan sakinləri olub.

Dörd nəfər narkotik cinayətlərinə görə, 2 nəfər isə qətlə görə uzun müddətə azadlıqdan məhrum ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR