Ermənistan proporsional seçki sisteminə keçib

Ermənistan proporsional seçki sisteminə keçib
# 01 aprel 2021 19:44 (UTC +04:00)

Ermənistanda parlament seçkilərinin proporsional seçki sistemi üzrə keçirilməsini nəzərdə tutan dəyişiklik qəbul edilib.

APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistan parlamentinin 82 deputatı Seçki Məcəlləsinə müvafiq dəyişikliyin lehinə səs verib.

Bundan əvvəl Ermənistanda qarışıq seçki sistemi mövcud olub.

Partiyalar üçün 5 faiz, seçki blokları üçü 7 faiz seçki baryeri isə dəyişməyib.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR