Mingəçevirdə yük avtomobili yanıb

Mingəçevirdə yük avtomobili yanıb
# 02 aprel 2021 14:48 (UTC +04:00)

Mingəçevirdə avtomobil yanıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, "QAZ" markalı yük avtomobilinin idarəetmə lövhəsi və mühərrik hissəsi qismən yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR