Mişustin rusiyalıları xaricə səyahət etməyi planlaşdırmağa tələsməməyə çağırıb

Mişustin rusiyalıları xaricə səyahət etməyi planlaşdırmağa tələsməməyə çağırıb
# 25 may 2020 15:53 (UTC +04:00)

Rusiyanın Baş Naziri Mixail Mişustin ölkə vətəndaşlarından xaricdə istirahət planlaşdırmağa tələsməməyi xahiş edib.

APA nın Moskva müxbirinin verdiyi məlumata görə, M.Mişustin rusiyalıları xaricə səyahət etməyi planlaşdırmağa tələsməməyə çağırıb: “Koronavirusa qarşı mübarizədə müəyyən uğurlar əldə olunub. Lakin biz xatırlayırıq ki, koronavirus infeksiyası ölkəyə xaricdən gətirlib. Ona görə də, hesab edirik ki, xaricə turist səfərlərindən çəkinmək daha məqsədəuyğundur”, - deyə Rusiyanın Baş Naziri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR