Rusiya Baş nazirinin müavini: “Aprel-may aylarında koronavirusa yoluxmalar artacaq”

Rusiya Baş nazirinin müavini: “Aprel-may aylarında koronavirusa yoluxmalar artacaq”
# 03 aprel 2021 04:11 (UTC +04:00)

“Aprel-may aylarında koronavirusun mövsümi xarakter daşıdığına görə yoluxma halları artacaq”.

APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Tatyana Qolikova bildirib.

T.Qolikova əhalinin koronavirusa qarşı peyvənd olunmasını vəziyyətin sabitləşməsinin açarı olduğunu vurğulayıb: “Vətəndaşlarımızı peyvənd olunmağa çağırıram, çünki əzizlərinizin, birlikdə çalışdığınız işçilərin sağlamlığını qorumaq vacibdir”.

Baş nazirin müavini əlavə edib ki, peyvənd vurulduqdan sonra məhdudlaşdırıcı tədbirləri davam etdirmək çox vacibdir: “Məhdudlaşdırıcı tədbirlərin tez aradan qaldırılması üçün qaydalara əməl etməklə çox vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR